...

Azərbaycan əhalisinin sayı 9442,5 min nəfərə çatıb

Cəmiyyət Materials 18 Oktyabr 2013 11:47 (UTC +04:00)
Azərbaycanda əhalinin sayı 9442,5 min nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı 9442,5 min nəfərə çatıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əhalinin sayı 9442,5 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, Azərbaycan əhalisinin sayı cari ilin oktyabr ayının 1-nə olan vəziyyətə görə, 9442,5 min nəfərə çataraq ilin əvvəlindən 86,0 min nəfər və ya 0,9 faiz artıb. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləridir. Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.

Əhalinin orta yaşı 32,6 yaşdır. Əhalinin doğulanda gözlənilən ömür uzunluğu 73,9 yaş, о cümlədən kişilərdə 71,3 yaş, qadınlarda 76,6 yaş təşkil edir.

Bu ilin 9 ayı ərzində ölkədə 40,9 min ölüm halı qeydə alınıb. 2012-ci ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (5,9) qalaraq dəyişməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti