...

Bakının bəzi rayonlarında içməli su yoxdur

Cəmiyyət Materials 22 Oktyabr 2013 12:05 (UTC +04:00)
22 oktyabr 2013-cü il tarixdə gün ərzində paytaxtın Yasamal, Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakının bəzi rayonlarında içməli su yoxdur

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

22 oktyabr 2013-cü il tarixdə gün ərzində paytaxtın Yasamal, Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə çərşənbə axşamı "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Məlumatda deyilir ki, buna səbəb Bakı şəhəri Binəqədi rayonu ərazisindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılmasıdır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti