...

Azərbaycanda mobil telefonun IMEI kodunun yoxlanılması üzrə yeni xidmət istifadəyə verilib

Cəmiyyət Materials 29 Oktyabr 2013 12:15 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi SMS-sorğu vasitəsi ilə mobil telefonun IMEI kodunun yoxlanılması üzrə xidməti istifadəyə verib.
Azərbaycanda mobil telefonun IMEI kodunun yoxlanılması üzrə yeni xidmət istifadəyə verilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi SMS-sorğu vasitəsi ilə mobil telefonun IMEI kodunun yoxlanılması üzrə xidməti istifadəyə verib. Bu barədə Trend-ə açıqlamasında RİTN Tənzimləmə şöbəsində aparıcı məsləhətçi Zakir Qasımov bildirib.

Qasımovun sözlərinə görə, yeni xidmətdən istifadə zamanı mobil qurğunun IMEI kodu "1677" nömrəsinə göndərilib. Xidmətdən Azərbaycanın hər üç mobil operatorunun abonentləri istifadə edə bilər.

IMEI kodun yoxlanılması üzrə yeni qayda istifadəçini keyfiyyət standartlarına cavab verməyən məhsulların alışından vaxtından əvvəl qorumağa imkan verəcək. Belə ki, kodun Azərbaycanda mobil şəbəkələrdə sonrakı işi mümkünsüz ola bilər. Xidmətdən istifadə haqqı 0,30 manat təşkil edir.

Qeyd edək ki, hazırda Azərbaycanda mobil telefonların IMEI kodlarının məlumat bazasında 13 milyondan artıq mobil telefon qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti