...

Azərbaycanda nərəkimilərin akvakultura şəraitində çoxaldılması üçün təcrübə-istehsalat təsərrüfatının yaradılması təklif edilir

Cəmiyyət Materials 6 Noyabr 2013 15:47 (UTC +04:00)
AMEA-nın Zoologiya İnstitutu Azərbaycanda ilk dəfə olaraq nərəkimi balıqların akvakultura şəraitində çoxaldılması üçün adıçəkilən institutun Mingəcevir laboratoriyasının bazasında təcrübə-istehsalat təsərrüfatı yaratmağı təklif edib.
Azərbaycanda nərəkimilərin akvakultura şəraitində çoxaldılması üçün təcrübə-istehsalat təsərrüfatının yaradılması təklif edilir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/

AMEA-nın Zoologiya İnstitutu Azərbaycanda ilk dəfə olaraq nərəkimi balıqların akvakultura şəraitində çoxaldılması üçün adıçəkilən institutun Mingəcevir laboratoriyasının bazasında təcrübə-istehsalat təsərrüfatı yaratmağı təklif edib. Trend-in məlumatına görə, bu barədə institutun direktoru İlham Ələkbərov jurnalistlərə bildirib.

O, qeyd edib ki, bu ilk layihədir. Layihə bəyənilsə, onun digər regionlarda tətbiqi planlaşdırılır.

İ.Ələkbərov deyib ki, bu layihə çərcivəsində Xəzərdə və Kür çayında nərəkimilər süni yolla artırıla bilər.

Digər Xəzəryanı ölkələrdə belə təsərrüfatların olduğunu xatırladan institut direktorunun sözlərinə görə, Rusiyada 21 belə təsərrüfat var. Orada 2000 tona qədər balıq yetişdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti