...

İstirahət günü Azərbaycanda gəzməli hava olacaq

Cəmiyyət Materials 23 Noyabr 2013 11:51 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında noyabrın 24-də havanın temperaturu gecə 4-8, gündüz 11-15 dərəcə isti olacaq.
İstirahət günü Azərbaycanda gəzməli hava olacaq

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir İ.İsabalayeva/

İstirahət günü Azərbaycanda mülayim hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, səhər və axşam saatlarında bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 24-də havanın temperaturu gecə 4-8, gündüz 11-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərə səhər və gecə saatlarında az yağış yağacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti