...

Kiyev saxlanılan etirazçıların hamısı buraxılıb

Cəmiyyət Materials 30 Noyabr 2013 14:23 (UTC +04:00)
Şənbə günü səhər Kiyevin mərkəzində Ukraynanın Avropaya inteqrasiyasına dəstək məqsədilə keçirilən aksiya zamanı saxlanılanların hamısı artıq buraxılıb.
Kiyev saxlanılan etirazçıların hamısı buraxılıb

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Şənbə günü səhər Kiyevin mərkəzində Ukraynanın Avropaya inteqrasiyasına dəstək məqsədilə keçirilən aksiya zamanı saxlanılanların hamısı artıq buraxılıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Ukrayna Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

DİN-in məlumatında deyilir: "Xuliqanlıq hərəkətləri və hüquq-mühafizə orqanlarının nümayəndələrinə müqavimət göstərilməsi faktları üzrə inzibati materialların tərtib edilməsi üçün 35 nəfər saxlanmış və milis bölməsinə aparılmışdı. Bu materialların tərtib edilib tamamlanmasından sonra onlar buraxılıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti