...

Azərbaycanda ali məktəblərin məzunlarının öz ixtisaslarına uyğun işlə təmin olunması göstəricisi üzrə reytinqi hazırlana bilər

Cəmiyyət Materials 4 Dekabr 2013 09:36 (UTC +04:00)
Azərbaycanda ali məktəblərin məzunlarının öz ixtisaslarına uyğun işlə təmin olunması göstəricisi üzrə reytinq hazırlana bilər.
Azərbaycanda ali məktəblərin məzunlarının öz ixtisaslarına uyğun işlə təmin olunması göstəricisi üzrə reytinqi hazırlana bilər

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblərin məzunlarının öz ixtisaslarına uyğun işlə təmin olunması göstəricisi üzrə reytinq hazırlana bilər.

Təhsil nazirinin müşaviri Elxan Hüseynov Trend-ə bildirib ki, məzunların ixtisasları üzrə işlə təmin olunması və işlə təmin olunan məzunların sayı ali təhsil müəssisələrinin reytinq səviyyələrinin əsas göstəricisi kimi qəbul olunmalıdır.

Onun sözlərinə görə, bu gün özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi mövcuddur. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur. Bu baxımdan əmək bazarının kadrlara olan bugünkü tələbatını öyrənmək çox vacibdir. Ali məktəb rəhbərləri də əmək bazarının tələbatları ilə bağlı mövcud vəziyyəti daim diqqətdə saxlamalıdırlar. Ali təhsil müəssisələrinin rəhbərləri əmək bazarının tələbatına cavab verən mövcud təsnifata uyğun yeni ixtisasların açılmasına maraq göstərməlidirlər. Tələbat duyulmayan ixtisasların bəziləri ixtisar olunmalı, bəzilərinin isə istiqaməti dəyişməlidir.

E.Hüseynov deyib ki, mütəxəssis hazırlığı əmək bazarına hesablanmalıdır. Buna görə də ölkədəki ali məktəblər tələbə qəbulu planlarına dair təkliflər verərkən həmin ixtisaslar üzrə mütəxəssislərin hazırlanması imkanlarını bir daha nəzərdən keçirsələr, yaxşı olar.

Nazir müşaviri bildirib ki, bu gün universitetlər əmək bazarının tələbatının öyərnilməsi işi ilə kifayət qədər məşğul olmurlar: "Bu gün məzunların ixtisasları üzrə işlə təmin olunması ciddi problemdir. Buna görə də təklif edilir ki, ali məktəblərin məzunlarının öz ixtisaslarına uyğun işlə təmin olunması üzrə reytinq hazırlansın".

E.Hüseynov qeyd edib ki, ali məktəblərin məzunların ixtisasları üzrə işlə təmin olunması üzrə reytinq cədvəlinin hazırlanması bu təhsil müəssisələrinin kadr hazırlığının planlaşdırılmasına, məzunlarının karyera inkişafına diqqətini artırar. Bunu çox vacib amil hesab edən E.Hüseynov deyib ki, məzunların ixtisasları üzrə iş tapa bilməməsinin səbəblərini öyrənmək lazımdır. Ali məktəbi bitirən məzun isə təhsilini başa vurduqdan sonra öz ixtisası üzrə işsiz qalmayacağına əmin olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti