...

Azərbaycanda ali məktəb müəllimləri üçün ixtisasartırma kurslarının modernləşdirilməsi təklif edilir

Cəmiyyət Materials 6 Dekabr 2013 10:10 (UTC +04:00)
Azərbaycanda ali məktəb müəllimləri üçün keçirilən ixtisasartırma kursları kökündən dəyişdirilməli və modernləşdirilməlidir.
Azərbaycanda ali məktəb müəllimləri üçün ixtisasartırma kurslarının modernləşdirilməsi təklif edilir

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəb müəllimləri üçün keçirilən ixtisasartırma kursları kökündən dəyişdirilməli və modernləşdirilməlidir. Bunu Trend-ə təhsil nazirinin müşaviri Elxan Hüseynov deyib.

Onun sözlərinə görə, bu kursların müasir texnologiyalar əsasında keçirilməsi çox mühümdür: "Bu kurslar köhnə proqramlarla keçirilməməlidir, onların keçirilməsi tam dəyişməlidir. Yəni Boloniya prosesinin Avropada tətbiq olunan bütün tələbləri Azərbaycana da gətirilməlidir. Avropa standartlarını Azərbaycana gətirmək üçün oradakı proqramlar əsasında kurslar təşkil olunmalıdır. Müəllimlər bu kurslarda hansısa bir yeniliyi öyrənməlidirlər".

E.Hüseynov qeyd edib ki, Azərbaycanın ali məktəb müəllimləri xaricdə də ixtisasartırma kursu keçə bilərlər. Hazırlıq səviyysindən asılı olaraq, müəllimlər xaricdə ixtisasartıma kursunda iştirak edə, daha sonra isə özü bu təcrübəni bölüşmək üçün Azərbaycanda müəllimlər üçün treninqlər keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti