...

Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" davam edir (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2013 14:03 (UTC +04:00)
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə dekabrın 9-13-də Bakıda həyata keçirdiyi "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" davam edir.
Bakıda "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" davam edir (FOTO)

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə dekabrın 9-13-də Bakıda həyata keçirdiyi "Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu" davam edir.

AGAT-dan Trend-ə verilən məlumata görə, Forum panellərlə öz işinə davam edib. Panellər çərçivəsində Avropa İttifaqı münasibətləri və onların perspektivləri mövzusunda Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev və politoloq Elman Nəsirov ekspert qismində çıxış ediblər. Azərbaycan və Aİ münasibətləri, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici qonaqlara məlumat veriblər.

Daha sonra millət vəkili Rasim Musabəyov, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Məkəzinin tədqiqatçısı Ariz Hüseynov "Enerji təhlükəsizliyi; Azərbaycan Avropanın eneji təchizatçısı" kimi mövzuları çərçivəsində ekspert qismində iştirak edib. Ekspertlər çıxışı zamanı Azərbaycanın enerji təhcizatı sahəsində perspektivlərindən, xüsusi ilə Tap-Tanap regional layihələri barədə geniş məlumat veriblər. Sessiyaların sonunda avropalı qonaqlar tərəfindən gələn suallar cavablandılıb.

Qeyd edək ki, Forumda Fransa, Almanya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Polşa, İspaniya, Ukrayna, Gürcüstan və Macarıstan ölkərənin gənc fəalları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti