...

Sürücülərə şad xəbər: Yevlax-Gəncə avtomobil yolunun Gəncə dairəvi hissəsi açıldı (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2013 12:38 (UTC +04:00)
Bu gün Yevlax-Gəncə avtomobil yolunun Gəncə dairəvi hissəsinin açılışı olub.
Sürücülərə şad xəbər: Yevlax-Gəncə avtomobil yolunun Gəncə dairəvi hissəsi açıldı (FOTO)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İ.İzzət/

Bu gün Yevlax-Gəncə avtomobil yolunun Gəncə dairəvi hissəsinin açılışı olub. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, ümumi uzunluğu 38 km olan yol 4 hərəkət zolağından ibarətdir. Yolun mövcud 2 hərəkət zolağının yenidən qurulması İtaliyanın "İmpreza" şirkəti, digər 2 zolağın yenidən tikintisi isə Cənubi Koreyanın "Ultra Azer Co." şirkəti tərəfindən həyata keçirilib.

Yolun mövcud 2 zolağının yenidən qurulmasına 2009-ci ildən, digər 2 zolağın tikintisinə isə 2007-ci ilin noyabrından başlanılıb. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif diametrli boru, 4 yol qovşaşı və 8 avtobus dayanacağı inşa olunub.

Bundan əlavə, yolun keçdiyi ərazidə işarə lövhələri, yol nişanları və zəruri olan hissədə işıqlandırma sistemi quraşdırılıb.

P.Mürsəliyev qeyd edib ki, yol Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 344-cü km-dən başlayır və 382-ci km-də baş başa çatır: "Yeni yolun açılışı ilə artıq Yevlax istiqamətindən gələn nəqliyyat vasitələri Gəncə şəhərinə daxil olmadan birbaşa, maneəsiz Gəncə-Qazax avtobilil magistralına çıxa biləcəklər".

Qeyd edək ki, yeni yolun açılışı mərasimində nəqliyyat naziri Ziya Məmmədov, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər ictimiayyət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti