...

Hacıqabulda dəmiryolda baş vermiş qəzadan sonra qatarların hərəkəti bərpa olunub

Cəmiyyət Materials 4 Yanvar 2014 10:18 (UTC +04:00)
Hacıqabulda dəmiryolda baş vermiş qəzadan sonra qatarların hərəkəti bərpa olunub.
Hacıqabulda dəmiryolda baş vermiş qəzadan sonra qatarların hərəkəti bərpa olunub

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir İ.İzzət/

Hacıqabulda dəmiryolda baş vermiş qəzadan sonra qatarların hərəkəti bərpa olunub.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, 3 yanvar 2014-cü ildə, saat 22:50-də "Azərbaycan Dəmir Yolları" QSC-nin Qarasu-Padar mənzilinin 390-cı km-də yük qatarının 7 vaqonu relsdən çıxıb. Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb:

"Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin Hacıqabul, Yevlax bölmələrinin canlı qüvvəsi və texnikası cəlb edilib. Saat 07:15-də qatarların hərəkəti bir yollu olmaqla bərpa edilib. Baş vermiş hadisə nəticəsində hər iki istiqamətdə sərnişin və yük qatarlarının hərəkətində gecikmələr qeydə alınır".

N.Əzməmmədov qeyd edib ki, hazırda hadisənin baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti