...

Yeni təlim proqramı əsasında məktəblərdə işin təşkili müzakirə edilib

Cəmiyyət Materials 8 Yanvar 2014 15:38 (UTC +04:00)
Təhsil Problemləri İnstitutunun (TPİ) Kurikulum Mərkəzində "Yeni təlim proqramı (kurikulumlar): respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.
Yeni təlim proqramı əsasında məktəblərdə işin təşkili müzakirə edilib

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Problemləri İnstitutunun (TPİ) Kurikulum Mərkəzində "Yeni təlim proqramı (kurikulumlar): respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, görüşdə təhsil nazirinin müşaviri Ağababa İbrahimov, TPİ-nin direktoru Qulu Novruzov, direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Mərkəzin şöbə müdirləri və respublikanın müxtəlif bölgələrindən olan 150-dək müəllim iştirak edib.

Tədbiri giriş sözü ilə açan Q.Novruzov ölkəmizin təhsil sistemindəki yeniliklər və qarşıda duran əsas vəzifələrdən danışıb. İnstitut direktoru təhsil sahəsində mütərəqqi islahatları nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunmasını tarixi nailiyyət adlandırıb.

Görüşdə çıxış edənlər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsində təhsil işçilərinin üzərinə düşən əsas vəzifələrə toxunublar.

Sonra mövzu ətrafında çıxış edən müəllimlər kurikulumlar üzrə təlimçilərin hazırlığından, qiymətləndirmə mexanizmlərindən söz açıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti