Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Ukrayna Ali Radası Cinayət Məcəlləsinə dəyişiklik edib. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, dəyişikliklər kütləvi iğtişaşlara, dövlət və ya ictimai binaların tutulması və blokadaya alınmasına görə məsuliyyəti sərtləşdirir.
Məlumata əsasən, iğtişaşları təşkil etməkdə təqsirləndirilən şəxslər 5-10 il müddətinə azadlıqdan məhrum ediləcək. Əvvəl isə bu müddət 8 ilə bərabər idi.
İctimai asayişə təhlükə törədən hərəkətlərə çağırışa görə 2-6 il azadlıqdan məhrum etmə və ya 5 il müddətinə azadlığın məhdudlaşdırılması, ictimai asayişi qrup şəklində pozmaya görə cərimə, 6 ay həbs və ya 2 il müddətinə azadlıqdan məhrum etmə, dövlət və ya ictimai binaların tutulmasına görə isə 3-5 il müddətinə azadlığın məhdudlaşdırılması və ya 3-6 il müddətinə azadlıqdan məhrum etmə nəzərdə tutulub.