...

Aydın Quliyev bəyanat verib: "Nurçularla bağlı xəbərləri bizim əməkdaşlar yaymır"

Cəmiyyət Materials 3 Mart 2014 20:28 (UTC +04:00)
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bəyanat verib.
Aydın Quliyev bəyanat verib: "Nurçularla bağlı xəbərləri bizim əməkdaşlar yaymır"

Azərbaycan, Bakı, 3 mart /Trend/

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bəyanat verib.

A.Quliyev bildirib: "Daxili araşdırmalarımız nəticəsində tam aydınlaşdırmışıq ki, sosial şəbəkələrdə ölkədə nurçuların gizli fəaliyyətilə bağlı məlumatlar paylaşılan səhifənin əməkdaşımız Samirə xanıma və ya hər hansı digər işçimizə heç bir aidiyyəti yoxdur. Bu, kimlərinsə hadisələr ətrafında şou düzəltmək cəhdindən başqa bir şey deyil. Yaxın saatlarda bununla bağlı geniş müsahibəm yayılacaq".

Qeyd edək ki, "facebook" sosial şəbəkəsində guya Azərbaycanda nurçuların kim olduğuna dair məlumatlar paylaşan "Inci Azeri" qrupu səhifəsinin admininin "Bakı-xəbər" qəzetinin baş redaktorunun müavini Samirə Səfərova olduğu bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti