...

Qafqaz regionunun turizm üzrə iki beynəlxalq sərgisi sabah Bakıda öz işinə başlayacaq

Cəmiyyət Materials 2 Aprel 2014 13:57 (UTC +04:00)
Sabah Bakıda Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2014") və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayacaq.
Qafqaz regionunun turizm üzrə iki beynəlxalq sərgisi sabah Bakıda öz işinə başlayacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri - 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF 2014") və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgiləri öz işinə başlayacaq.

Trend-in məlumatına görə, sərgilərin təşkilatçıları "Iteca Caspian" MMC və onun Böyük Britaniyadakı tərəfdaşı "ITE Group plc" şirkətləridir. Sərgilərin açılışı münasibətilə keçirilən mətbuat konfransında çıxış edən tədbirin təşkilatçısı-İTECA Caspian şirkətinin qeyd edilən sərgilər üzrə meneceri Xəyal Əliyeva bildirib ki, AITF Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Sərgiyə Ümumdünya Turizm Təşkilatı (UNWTO), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək göstərilir.

AİTF sərgisində 38 ölkədən 351 şirkət və təşkilat iştirak edəcək. Sərgi iştirakçılarının 60%-dən çoxunu xarici eksponentlər təşkil edirlər və onlar xüsusi olaraq Azərbaycan bazarı üçün işlənib hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edəcəklər. Sərgi iştirakçılarının 40%-ni yerli şirkətlər təşkil edir. AITF sərgisində 80-dən çox turizm marşrutu nümayiş etdiriləcək.

8-ci Qafqaz Beynəlxalq Hotel, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar ("Horex Caucasus 2014") sərgisində Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər iştirak edəcək. Sərgidə mehmanxana və restoran biznesi üçün lazım olan bütün avadanlıq və ləvazimatlar nümayiş olunacaq.

İştirakçılar öz stendlərində təqdimatlar və ustad dərsləri ("master klass") keçirəcəklər. Bu nümayiş zamanı həm iştirakçılar, həm də ziyarətçilər ən yeni avadanlıqları bilavasitə iş prosesində görə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti