...

Xəzərdəki xəstə kefal balıqları Azərbaycana keçə bilər

Cəmiyyət Materials 10 Aprel 2014 11:00 (UTC +04:00)
Yaxın 10-15 gün ərzində Xəzərin İran sektorundakı xəstə kefal balıqlarının Azərbaycana tərəfinə keçmə ehtimalı ola bilər.
Xəzərdəki xəstə kefal balıqları Azərbaycana keçə bilər

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 10-15 gün ərzində Xəzərin İran sektorundakı xəstə kefal balıqlarının Azərbaycana tərəfinə keçmə ehtimalı ola bilər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Trend-ə deyib ki, balıqların kürüləmə dövründə Xəzərin İran tərəfindəki balıqların Azərbaycan tərəfinə keçmə ehtimalı ola bilər: "10-15 gündən sonra balıqlar çaylara dorğu hərəkət edəcəklər. Onda balıqlar digər çaylar vasitəsilə Kürə, ordan da Xəzərə hərəkət edə bilərlər. Amma bu günə qədər nə dəniz sahilinə nəzarət edən mütəxəssislər, nə də balıq ovlayanlar xəstə balığın olması haqqında bizə məlumat veriblər".

Y.Xanvəli əlavə edib ki, bu günə qədər Xəzər dənizinin Azərbaycan sektorunda balıqlarla bağlı heç bir narahatlıq olmayıb və ölmüş balıqlar aşkarlanmayıb.

Xəzər dənizində monitorinqlərin hazırda da davam etdiyini deyən Y.Xanvəli əlavə edib ki, dənizdə yalnız kefalın deyil, digər balıqlarların da sağlamlıq durumu ilə bağlı mövcud vəziyyət öyrənilir: "Əgər bir naharalıq olarsa, lazımi addımlar atılacaq. Amma hələlik bu narahatlıq yoxdur".

Qeyd edək ki, bu il martın əvvəlində İran tərəfi Xəzərdə kefal balıqlarının virusa yoluxduğunu açıqlayıb. Ölkə rəsmiləri əhaliyə kefal balıqlarından istifadə etməməyi tövsiyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti