...

Azərbaycanda topoqrafik xəritələrə dair hərbi-elmi konfrans keçirilib

Cəmiyyət Materials 8 May 2014 17:12 (UTC +04:00)
Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi 2014-cü tədris ilinin döyüş hazırlığı planına əsasən, mayın 8-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Topoqrafik xəritələrin hazırlanmasında istifadə olunan texniki standartlar və normalar, koordinat sistemləri, kartoqrafiya proyeksiyaları və topoqrafik şərti işarələr" mövzusunda hərbi-elmi konfrans keçirilib.
Azərbaycanda topoqrafik xəritələrə dair hərbi-elmi konfrans keçirilib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi 2014-cü tədris ilinin döyüş hazırlığı planına əsasən, mayın 8-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Topoqrafik xəritələrin hazırlanmasında istifadə olunan texniki standartlar və normalar, koordinat sistemləri, kartoqrafiya proyeksiyaları və topoqrafik şərti işarələr" mövzusunda hərbi-elmi konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, topoqrafik xəritələrin müasir standartları və onların əhəmiyyəti, rəqəmsal topoqrafik xəritələrin hazırlanması və istifadəsi, xəritələrin riyazi əsaslarının yaradılmasında müasir texnoloji vasitələrin və kompüter kartoqrafiya proqramlarının tətbiqi və Silahlı Qüvvələrdə istifadə olunan topoqrafik xəritə sisteminin dünya geodeziya sisteminin standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər konfransın əsas müzakirə mövzuları olub.

Konfransın təşkili və keçirilməsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Hərbi-elmi konfransda hərbi-topoqrafiya xidmətinin və Müdafiə Nazirliyinin idarələrinin zabitləri, Silahlı Qüvvələrin birlik və birləşmələrinin topoqrafiya xidməti rəisləri, xüsusi təyinatlı təhsil müəsissələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti