...

Brüsseldə Benilüks Azərbaycanlıları Konqresinin mənzil-qərargahı açılıb (FOTO)

Cəmiyyət Materials 30 May 2014 13:20
Brüssüldə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) yeni ofisinin açılışı olub.
Brüsseldə Benilüks Azərbaycanlıları Konqresinin mənzil-qərargahı açılıb  (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Brüsseldə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) yeni ofisinin açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BAK-ın Brüssel şəhərində yerləşən mənzil-qərargahının rəsmi açılışı olub.

Təşkilatın mənzil-qərargahı Brüsselin məşhur "Qrand Plaza" Meydanı dairsində yerləşir. Yeni ofisin rəsmi açılışında Brüsseldə akkreditə olunmuş diplomatlar, siyasətçilər, Azərbaycan, Turkiyə, Ukrayna və yəhudi diaspor təşkilatlarının rəhbərləri, mətbuat nümayəndələri iştirak edib.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov qonaqları salamlayaraq təşkilat üzvlərini BAK-ın Brüsseldəki mənzil qərargahının açılışı münasibətilə təbrik edib. O, təşkiların bundan sonra Belçika və Luksemburqda da aktiv fəaliyyət göstərəcəyini vurğulayıb.

Daha sonra tədbirdə Benilüks Azərbaycanlıları Konqresinin Brüsseldəki menzil qerargahının açılışı münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun təbrik məktubu oxunub.

Tədbirdə çıxış edən Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Fuad Isgəndərov Benilüks Azərbaycanlıları Konqresini əldə etdiyi nailiyyətlərə görə təbrik edib və təşkilatın lobbiçilik istiqamətində inamla addımladığını xüsusi qeyd edib.

İslam Əməkdaşlıq Konfransının Avropa Birliyindəki Nümayəndəliyinin rəhbəri Arif Məmmədov BAK rəhbərliyini və üzvlərini təbrik edərək təşkilatın Avropa Birliyi ölkələrindəki fəaliyyətindən bəhs edib və sonrakı işlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti