...

QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 3 İyul 2014 18:12 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2014-cü ilin II qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib.
QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında 2014-cü ilin II qrant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda 100-ə qədər təşkilatın nümayəndəsi iştirak edib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək icra olunan layihələrin səmərəliliyinin artırılmasının, müqavilə öhdəliklərinə və Şuranın təlimatlarına ciddi əməl olunmasının vacibliyi ilə bağlı fikirlərini bildirib.

Sonra Şura Katibliyinin əməkdaşları Həsən Səmədov, Vüsalə Süleymanova, Qalib Yaqubov, Nigar Ağakişiyeva, Xanım Cəbrayılova və Gülsəba Ələsgərova layihələrin icrası ilə bağlı hazırladıqları təlimatı QHT təmsilçilərinin diqqətinə çatdırıblar.

Müzakirələr zamanı layihələrin icrası prosesində qarşıya çıxan koomunikasiya, hesabatlılıq, ictimaiyyətlə əlaqlərin qurulması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sessiyanın sonunda Şura Katibliyinin əməkdaşları QHT nümayəndlərinin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti