...

Azərbaycanda Aran rayonlarının məzunları buraxılış imtahanında ən zəif nəticə göstərən şagirdlər olublar

Cəmiyyət Materials 11 İyul 2014 13:54 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komisisyası builki buraxılış imtahanında məzunlarının zəif nəticə göstərdiyi rayonların adını acıqlayıb.
Azərbaycanda Aran rayonlarının məzunları buraxılış imtahanında ən zəif nəticə göstərən şagirdlər olublar

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası builki buraxılış imtahanında məzunlarının zəif nəticə göstərdiyi rayonların adını acıqlayıb.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, IX siniflər üzrə keçirilən buraxılış imtahanlarında Aran rayonlarının məzunlarının nəticələri çox aşağıdır: "IX siniflər üzrə keçirilən buraxılış imtahanlarında müəyyən rayonlarda nəticələr çox qorxuludur. Bunlar Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Zərdab, Hacıqabul, Ağcabədidir. Həmin rayonların məzunlarının nəticələri ölkə üzrə həm riyaziyyat, həm də ana dilindən ən aşağı göstəricidir".

M.Abbaszadə bildirib ki, XI siniflərdə Ana dili fənnindən Hacıqabul, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsən, Riyaziyyat fənnindən Hacıqabul, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Daşkəsəndə məzunların göstərdikləri nəticələr bütün respublika üzrə çox aşağıdır.

Onun sözlərinə görə, XI sinif məzunlarının buraxılış imtahanlarında topladıqları orta bal IX sinif məzunlarına nisbətən artıb. Komissiya sədri qeyd edib ki, IX siniflərlə müqayisədə buraxılış imtahanlarında iştirak edən XI sinif məzunlarının sayı az olsa da, onların nəticələri daha yüksək olub. Bu, XI sinifdə oxuyan şagirdlərin təhsillərini davam etdirmələri üçün daha yaxşı nəticə göstərmələri ilə izah oluna bilər: "11-ci sinifdə butraxılış imtahınında iştirak edənlərin 56%-ni oğlanlar, 44%-ni qızlar təşkil edir. Ancaq elə rayonlar var ki, məsələn, Lerikdə imtahan verənlərin 70-80%-dən çoxu oğlanlardır və qızların sayı çox azdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti