...

Həftənin ilk iş günü Azərbaycanda hava nisbətən sərinləyəcək, temperatur enəcək

Cəmiyyət Materials 13 İyul 2014 14:07 (UTC +04:00)
Həftənin ilk iş günü Azərbaycanda hava nisbətən sərinləyəcək, temperatur enəcək.
Həftənin ilk iş günü Azərbaycanda hava nisbətən sərinləyəcək, temperatur enəcək

Azərbaycan, Bakı, 13 iyul /Trend /

Həftənin ilk iş günü Azərbaycanda hava nisbətən sərinləyəcək, temperatur enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, uyulun 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-24°, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaqdır.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcəkdir.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaqdır.

Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 10-15°, gündüz 19-24° isti olacaqdır, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti