...

Sabah Bakıda güclü külək olacaq

Cəmiyyət Materials 21 İyul 2014 13:23 (UTC +04:00)
Sabah Azərbaycanda havanın dəyişkən buludlu, Bakıda isə güclü küləkli olacağı gözlənilir.
Sabah Bakıda güclü külək olacaq

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Sabah Azərbaycanda havanın dəyişkən buludlu, Bakıda isə güclü küləkli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında iyulun 22-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti