...

Azərbaycanın şəhid əsgəri doğulduğu Köçəkli kəndində torpağa tapşırılıb (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2014 15:42 (UTC +04:00)
Ötən gün Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi doğulduğu Masallı rayonuna aparılıb.
Azərbaycanın şəhid əsgəri doğulduğu Köçəkli kəndində torpağa tapşırılıb (FOTO)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Ötən gün Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi doğulduğu Masallı rayonuna aparılıb.

Trend CTV-yə istinadən məlumat verir ki, əsgər doğma kəndləri olan Köçəkli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində yüzlərlə kənd sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. 19 yaşlı Ə.Rəhimovun cənazəsi axşam saatlarında, böyüyüb boya-başa çatdığı həyətə gətirilib. Həyətdə şəhidin şərəfinə qaraovul düzülüb.

Cənazə şəriət qaydalarına uyğun olaraq yuyulub və meyit namazı qılınıb. Son dəfə yaxınları Ə.Rəhimovla vidalaşdıqdan sonra hərbi qarovulun müşayiəti ilə cənazə Köçəkli qəbiristanlığına aparılıb.

Ə.Rəhimov 1992-ci ildə Qarabağ uğrunda şəhid olan əmisi oğlunun yanında dəfn edilib. Torpağa qoyularkən yaylım atəşi açılıb.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti