...

Naqif Həmzəyev: "Ölkə Prezidentinin tapşırıqları Gəncədə yüksək səviyyədə yerinə yetirilir" (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2014 14:48 (UTC +04:00)
Sentyabrın 15-i “Bilik günü” Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bu il çox əlamətdar və fərəhlidir. Bu imtiyazlı təbəqəyə daim qayğı ilə yanaşan, onları diqqətində saxlayan şəhər rəhbərliyinin daha bir xeyirxah təşəbbüsü böyük məmnunluqla, sevinclə qarşılandı.
Naqif Həmzəyev: "Ölkə Prezidentinin tapşırıqları Gəncədə yüksək səviyyədə yerinə yetirilir" (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Sentyabrın 15-i "Bilik günü" Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bu il çox əlamətdar və fərəhlidir. Bu imtiyazlı təbəqəyə daim qayğı ilə yanaşan, onları diqqətində saxlayan şəhər rəhbərliyinin daha bir xeyirxah təşəbbüsü böyük məmnunluqla, sevinclə qarşılandı.

YAP Gəncə şəhər Təşkilatında keçirilən tədbirdə şəhərin tarixində ilk dəfə olaraq, 375 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid övladlarına pulsuz olaraq məktəbli formaları təqdim olundu. Bu məqsədlə, təşkil olunan yığıncaqda YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, ümumtəhsil məktəblərinin rəhbərləri, valideynlər və məktəblilər iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev tədbir iştirakçılarını yeni dərs ilinin başlanması- "Bilik günü" münasibətilə təbrik edib, müəllim və şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə, müharibə əlillərinə, onların övladlarına hərtərəfli qayğı göstərir, bu məqsədlə sərəncam və göstərişlər verir, məqsədyönlü tədbirlər həyata keçirir. Ölkə Prezidentinin bütün tapşırıqları Gəncədə də yüksək səviyyədə yerinə yetirilir. Bu il əlil və şəhid övladlarına məktəbli formalarının verilməsi də bu imtiyazlı təbəqəyə göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva "Bilik Günü" münasibətilə təhsil işçilərini, valideynləri və məktəbliləri təbrik edərək dövlət tərəfindən onlara göstərilən qayğı və diqqəti layiqincə doğruldacağına əmin olduğunu bildirib.

Sonda məktəbli formaları şagirdlərə təqdim olundu. Valideynlərdən Vüqar Qasımov, Elçin Məmmədov, Etibar Həsənov, məktəblilərdən Hüseyn Zeynalov, Aytac və Gültac Əhmədovalar, Elnurə Həsənova, Fəridə Məmmədova, Səma Qasımova və başqaları onlara göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər. Şəhər rəhbərliyinə onlara həmişə kömək və dayaq olduğuna görə təşəkkür etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti