Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi respublikanın turizm potensialını təbliğ etmək məqsədilə gələn il 21 beynəlxalq turizm sərgisində iştirak etməyi planlaşdırıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, gələn il Azərbaycanın iştirak edəcəyi ilk sərgi 22-25 yanvar tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Növbəti sərgilər ABŞ-ın Nyu-York (23 - 25 yanvar), İspaniyanın Madrid (28 yanvar - 1 fevral), Hindistanın Mumbay (4 -6 fevral), Almaniyanın Berlin (4 - 8 mart), Gürcüstanın Tbilisi (12 - 14 mart), Rusiyanın Moskva (18 - 21 mart), Ukraynanın Kiyev (25 - 27 mart), Birləşmiş Ərəb Əmirliyinin Dubay (25 - 27 mart, 4 -7 may), Çinin Pekin (14 - 16 aprel), Qazaxıstanın Almatı (22 - 24 aprel, 13 - 15 may), Almaniyanın Frankfurt ( may ayı ərzində), Koreyanın Seul (30 may - 2 iyun), Yaponiyanın Tokio (sentyabr ayı), Fransanın Paris (Sentyabr ayı), İtaliyanın Rimini (oktyabr), Böyük Britaniyanın London (noyabr), Polşanın Varşava (noyabr), İspaniyanın Barselona (noyabr) şəhərlərində keçiriləcək.