...

Prezident Administrasiyası: Azərbaycan gənclər sahəsində beynəlxalq tədbirlərin keçirilməsinə böyük əhəmiyyət verir

Cəmiyyət Materials 2 Oktyabr 2014 15:27 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Gənclər Fondu "Nifrət nitqinə yox!" kampaniyası çərçivəsində gənclərin müxtəlif ideyalarını dəstəkləyir.
Prezident Administrasiyası: Azərbaycan gənclər sahəsində beynəlxalq tədbirlərin keçirilməsinə böyük əhəmiyyət verir

Azərbaycan, Qəbələ, 2 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Prezidenti yanında Gənclər Fondu "Nifrət nitqinə yox!" kampaniyası çərçivəsində gənclərin müxtəlif ideyalarını dəstəkləyir. Bu, Azərbaycanın dövlət strukturlarının ölkədə yüksək səviyyədə gənclərin müxtəlif beynəlxalq kampaniyalarının keçirilməsinə böyük əhəmiyyət verdiyini sübut edir.

Trend xəbər verir ki, bu barədə bu gün Qəbələdə "Nifrət nitqinə yox!" Beynəlxalq gənclər forumunun açılışında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev deyib.

O, qeyd edib ki, ümumilikdə Azərbaycanda 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir: "Onlardan 50-si müxtəlif beynəlxalq tədbirlərdə fəal iştirak edir, təşəbbüslərlə çıxış edir, müxtəlif beynəlxalq kampaniyalarla əməkdaşlıq edirlər".

V.Quliyev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Qəbələdə belə iri və mühüm tədbirin keçirilməsində və təşkilində vacib rolunu qeyd edib: "Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə rəhbərliyi gənclər siyasətinin yaradılmasına və inkişafına, bu sahədə qanunvericilik bazasının formalaşdırılmasına və bu sahənin strukturunun təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verdi".

Qeyd edək ki, bu gün Qəbələdə "Nifrət nitqinə yox!" gənclər hərəkatının beynəlxalq forumu öz işinə başlayıb. Forum Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilində Azərbaycanın Gənclər və İdman, Xarici İşlər nazirlikləri və ARGTMŞ-nin dəstəyi ilə keçirilir.

Tədbirdə Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndə iştirak edir.

Bu kampaniya Avropa Şurası tərəfindən keçirilir və 2012-ci ildə keçirilən "Nifrət nitqinə qarşı onlayn hərəkat" layihəsinin bir hissəsidir. Azərbaycan kampaniyaya 2013-cü ilin aprelində qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti