...

Azərbaycanda Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub

Cəmiyyət Materials 3 Oktyabr 2014 18:28 (UTC +04:00)
Təzəpir məscidində bayram namazı oktyabrın 5-də səhər saat 09:00-da qılınacaq.
Azərbaycanda Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub.

Trend-in Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən verdiyi məlumata görəi, İdarənin Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov deyib ki, Təzəpir məscidində bayram namazı oktyabrın 5-də səhər saat 09:00-da qılınacaq.

QMİ rəsmisi həmçinin bildirib ki, Azərbaycanda oktyabrın 4-ü və 5-i Qurban bayramı günü kimi qeyd olunacaq və ölkəmizin bütün məscidlərində bayram namazı qılınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti