...

"Cybernet" şirkəti əlil uşaqları və onların ailələrini Qurban bayramı münasibətilə təbrik edib (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2014 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

"Synergy Group"un üzvü olan "Cybernet" şirkəti "Müşviq" adına Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyində təlim keçən əlil uşaqları və onların ailələrini Qurban bayramı münasibətilə təbrik etmişdir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Cybernet" şirkətinin bu təşəbbüsünü yüksək qiymətləndirən İctimai Birliyin sədri Validə Abbasova bu aksiyanın müəssisənin yetirmələri və onların ailələrinə qarşı sosial məsuliyyətin yüksək təzahürü kimi dəyərləndirmişdir. O, qayğı və diqqətə ehtiyacı olan əlil uşaqların cəmiyyətə inteqrassiyasından danışarkən cəmiyyətin də bu insanlara "inteqrasiyasını" vacibliyini qeyd etdi və son 15 ildə görülən işlərdən söhbət açdı.

Cybernet şirkətinin nümayəndələrinin əlil uşaqların ailələri və tərbiyəçiləri ilə görüşü zamanı bu uşaqların cəmiyyətə uyğunlaşdırılmasının əhəmiyyətindən danışılmış, müəssisədə çalışan tərbiyəçilərə və təlim keçən uşaqların valideyinlərinə bu işdə uğurlar arzulamışdır.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən "Synergy Group"un İKT sektoruna daxil olan "Cybernet" şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti