...

Vətəndaşlar növbəti qəbuldan razı qalıblar - Gəncədə (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2014 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev YAP Gəncə şəhər Təşkilatının Qərargahında vətəndaşlarla növbəti qəbulunu keçirib.

Şəhər İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirak etdiyi qəbulda 103 vətəndaşın müraciəti dinlənilib. Müraciət edənlər içərisində şəhid ailələri, müharibə veteranları və Qarabağ əlilləri də olub.

I qrup əlil Firuddin Əfəndiyev, Rəhim İsmayılov, Heybət Əsgərov, Məzudə Qasımova , Fərhad Həsənov, Rahilə İbrahimxəlilova mənzil şəraitləri, Sürəyya Əmirova, Zərifə Məmmədova suya olan tələbatları, Şahmar Həsənov 9 ailənin yaşadığı binanın qəza vəziyyətində olduğu ilə bağlı problemlərindən danışıblar.

Qarabağ əlili İlham Namazov müalicəyə ehtiyacı olduğunu bildirib. İcra Başçısı Elmar Vəliyev baş həkimlə telefon bağlantısı yaradaraq müharibə veteranının müalicəsi ilə ciddi məşğul olunması barədə tapşırıq verib.

Güllü Cəfərova Natəvan qəsəbəsində uşaqların məktəbə ehtiyacları olduğunu bildirib. Bundan başqa torpaq sahəsi ilə təminat, kommunal xidmətlərinin yaxşılaşdırılması, dam örtükləri və s. kimi məsələlər də səslənib.

Qarabağ əlili Səfər Yusifov, Mahmud Abbasov və digərlərinin İcra Başçısına etdikləri müraciətlərin müsbət həllini tapdığı üçün minnətdarlıqlarını bildiriblər.

Elmar Vəliyev bildirib ki, bu qəbildən olan görüşlərin əsas məqsədi, ölkə başçısının tapşırığına müvafiq olaraq vətəndaşların firavanlığının təminatı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Şəhər Başçısı sakinlərin problemlərinin həlli istiqamətində lazımi addımların hər zaman atılacağına diqqət çəkib.

Sakinlərin şikayətlərini dinləyən şəhər rəhbəri hər bir müraciətin vaxtında araşdırılması və qanun çərçivəsində həlli məqsədilə tapşırıqlar verib. Qeyd edib ki, şəhər sakinlərini narahat edən məsələlər bundan sonra da ciddi şəkildə, tez bir zamanda öz həllini tapacaq.

Görüşdə vətəndaşların müraciətlərinə xüsusi qayğı və diqqətlə yanaşılıb, onların problemlərinin yerində öyrənilib həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti