...

"Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək"

Cəmiyyət Materials 30 Dekabr 2014 17:11 (UTC +04:00)
Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək.
"Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək"

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan diasporu 2015-ci ildə böyük uğurlar əldə edəcək. Trend xəbər verir ki, bunu Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (ASAM) Kanada üzrə nümayəndəsi Aslan Xalidi Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan diasporu hazırda bütün dünyada Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı geniş fəaliyyət göstərir.

A.Xalidinin fikrincə, diasporumuz 2015-ci ildə qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşan ermənilərə qarşı böyük uğurlar əldə edəcək:

"Ermənilər qondarma "erməni soyqırım"ının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Onlar Azərbaycanla bağlı dünyaya yanlış məlumatlar yayırlar. Bir sözlə, xristianlığa qara ləkə olan ermənilər xristian adından sui-istifadə edərək qonşu dövlətlərə, xüsusilə də Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edirlər. Amma Azərbaycanın qarşısına qoyduğu siyasi strategiya nəticəsində biz 2015-ci ildə ermənilərin xarici dövlətlərdə qarşılarına qoyduğu pafoslu çıxışlarını vurub məhv edəcəyik. Çünki bizim başladığımız yol doğru yoldur. Azərbaycan diasporu işlərini demokratik dəyərlər çərçivəsində görür. Demokratik prinsipləri nəzərə alaraq, biz 2015-ci ildə böyük uğurlar əldə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti