Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Emil İsmayılov/
İstanbulda yağan güclü qar Azərbaycan ilə Türkiyə arasında aviareyslərin həyata keçirilməsinə təsir etməyib. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Aeroportdan deyiblər: "Bu istiqamətdə reyslərin reallaşdırılması ilə bağlı problem yoxdur".