...

Erməni polis iranlıları qarət edirmiş

Cəmiyyət Materials 30 Yanvar 2015 17:41 (UTC +04:00)
Yerevanda Dövlət Mühafizə Xidmətinin baş polisi Eduard A. və vətəndaş Onik M. əlbir olaraq İran vətəndaşını qarət ediblər.
Erməni polis iranlıları qarət edirmiş

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Yerevanda Dövlət Mühafizə Xidmətinin baş polisi Eduard A. və vətəndaş Onik M. əlbir olaraq İran vətəndaşını qarət ediblər.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, onlar borclarını qaytarmaq üçün 2014-cü il iyulun 12-də Rəna M.-in mənzilinə daxil olaraq 200 min dram dəyərində məişət əşyası oğurlayıblar.

Sentyabrın 1-də isə Onik M. Səfər D.-nin mənzilindən 600 min dram dəyərində geyim və qiymətli əşya oğurlayıb. Başqa İran vətəndaşlarının mənzillərində də oğurluq halları qeydə alınıb.

Faktlarla bağlı cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti