Dərbənd camaatı Nəcməddin Sadıkovun müdafiəsinə qalxdı

Dərbənd camaatı Nəcməddin Sadıkovun müdafiəsinə qalxdı

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Dərbənd əhli KİV-də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında yer alan böhtan xarakterli məqaləyə etiraz edib.

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhər sakini İlham İsayev Trend-ə ünvanladığı məktubda Azərbaycanın yerli mətbuat orqanlarından birində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik N.Sadıkov haqqında yer alan məqalənin böhtan xarakterli olduğunu bildirib.

Məqaləyə münasibət bildirilən məktibda deyilir: "Azərbaycanın yerli mətbuat orqanlarından birində həmyerlimiz, hamımızın fəxr etdiyi, nəcib və xeyirxah əməlləri ilə seçilən, başımızı uca edən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun haqqında xoşagəlməz və böhtan xarakterli bir məqalə dərc edilib. Məqaləni oxuduqdan sonra fikirləşirsən ki, görəsən, bunu yazan azərbaycanlıdır, yoxsa...? Məqaləni yazan adamın həm savadsız olduğu, həm də onun əldə etdiyi "faktlar"ın və mənbənin çox şübhəli, dediklərinin isə dəqiq olmadığı özünü açıq-aydın büruzə verir. Qərəzlik, düşmən münasibəti də ki, göz qabağında. Məqaləni yazanın bizdən olması da çox müəmmalıdır. Məgər həmin qəzetin reportyor qrupu bilmir ki, hörmətli Prezident İlham Əliyevin təşəbbüsü ilə Dərbənd şəhərinin abadlaşdırılması və ümummili lider Heydər Əliyevin adını daşıyacaq prospektlərindən birinin təmir işlərinə ayrılan pulun, dövlət büdcəsindən ayrılan vəsaitin nağd yolla hansısa şəxsə verilməsi absurddur? Harada görünüb ki, dövlət səviyyəsində aparılan işlər üçün büdcədən ayrılan pul vəsaiti kiməsə nağd yolla verilsin? Ayrılan vəsait görülən işlər müqabilində həmin təşkilatın hesabına köçürülür. Prezident səviyyəsində görülən işlərdə qanunazidd hərəkətlərə yol verməyə kimin hünəri çatar? Bunu yalnız dövlət işlərindən xəbəri olmayan nadan, savadsız şəxs yaza bilərdi".

Dərbənd sakininin fikrincə, bu məsələdə ən çox təəssüf doğuran bütün bu yalanların Azərbaycan Ordusunda çalışan savadlı, vətənpərvər bir zabitin ünvanına deyilməsidir: "Nəcməddin Sadıkov təcrübəli, hərb işlərində yüksək savada və biliyə malik olan zabitdir. O, tək hərbçi kimi deyil, humanist bir insan kimi də doğulduğu şəhərin problemlərinin həllində yaxından iştirak edir. Məqalədə qeyd olunur ki, 5-ci maqalda yerləşən Məzahir Rzayev adına 4 saylı məktəbi və orada yerləşən peşə məktəbini məktəbin direktoru olan şəxslərə görə təmir etdiriblər. Bu da yalandır! Həmin məktəblər əvvəllər orada oxumuş məzunların yardımı sayəsində gözəl təmir olunub və generalımız da bu işdə köməyini əsirgəməyib. Bir də məktəblərin təmir edilməsində nə pis iş var ki? Məktəb təkcə direktora aid deyil axı. Məktəbdə azərbaycanlılar da daxil olmaqla yüzlərlə uşaq oxuyur. Burada Azərbaycan dilində dərslər keçirilir. Kim istəməz ki, onun balası təmiz, təmirli, işıqlı məktəbdə oxusun? Bu məktəbdə təhsil alan uşaqların milliyyətinin məktəbin təmir olunması ilə nə əlaqəsi var? Uşaqlar bizim gələcəyimizdir. Həmyerlilərimiz bizim qayğımıza qalırsa, hər hansısa bir problemimizdə bizə dəstək olursa, doğulub, böyüyüb boya-başa çatdığı yerin abadlaşdırılmasında imkanı çatan köməkliyi göstərirsə, burada nə qəbahət var? Belə yazını yazanlara və bu cür yalan, böhtan məlumatların yayılmasına yol verənlərə ar olsun! Çünki onlar xeyirxah və nəcib əməllərlə hörmət qazanmış adamları ləkələyirlər".

Məktubun sonunda bütün Dərbənd camaatı adından KİV-ə və azərbaycanlı soydaşlarına müraciət ünvanlanıb: "Bizə əziz olan həmvətənlərimizi, həmyerlilərimizi harada olursa olsun, vicdanla öz işlərinin öhdəsindən gələn bir insanı ləkələməyin! İmkan verin, öz təcrübəsindən, zəkasından, hərbi biliyindən istifadə edərək Azərbaycan torpaqlarının erməni işğalından qurtulması üçün çalışsın! Sadıkovlar ailəsi həmişə xeyirxah olub. Bu gün də bu ənənə general həmyerlimiz tərəfindən davam etdirilir. O, heç vaxt öz köməyini ehtiyacı olan adamlardan əsirgəmir.

Nəhayət, üzümüzü azərbaycanlı soydaşlarımıza tutub deyirik ki, bu cür insanın qədrini bilin, ona dəstək olun və imkan verməyin ki, kimsə sifarişlə ordumuzun inkişaf etməsi, irəli getməsi üçün çalışan hörmətli bir zabiti haqsız ləkələsin".

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Bütün xəbərlər