...

Azərbaycanda boşanmaların sayı artıb

Cəmiyyət Materials 17 Fevral 2015 11:34 (UTC +04:00)
Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb.
Azərbaycanda boşanmaların sayı artıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb.

2014-cü il ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 84,9 min nikah halı qeydə alınıb. Ötən il əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9, boşanmaların sayı isə 1,3 olub.

2013-cü il ərzində Azərbaycanda 86,9 min nikah, 11,7 min boşanma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti