"Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda elmi-praktik seminar keçirilib (FOTO)

"Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda elmi-praktik seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin, dövlətçilik fəlsəfəsinin tədqiqi və geniş təbliği məqsədilə növbəti elmi-praktik seminar keçirilib. Budəfəki seminarda "Heydər Əliyev və Azərbaycan elmi" mövzusu müzakirə olunub.

Trend-in məlumatına görə, ictimai-siyasi xadimlər, ali təhsil müəssisələri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminarda çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, "Heydər Əliyev irsi" mövzusunda elmi-praktik seminarlar" adlı layihə Mərkəz tərəfindən həyata keçirilən maraqlı layihələrdəndir: "Bu seminarlar mütəmadi olaraq keçirilir".

Heydər Əliyevin elmə, savada, biliyə böyük həssaslıqla yanaşdığını xüsusi vurğulayan M.Mehdiyeva bu baxımdan məşğələnin "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda keçirilməsini də əhəmiyyətli sayıb.

Məşğələdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib ki, bütün ömrü boyu Azərbaycan xalqının inkişafı, xoşbəxtliyi üçün çalışan Heydər Əliyev hər bir çətinliyə dözərək Azərbaycanın bu gününü - müasir Azərbaycanı yaradıb.

A.Əlizadənin sözlərinə görə, Azərbaycan tarixində tarix yaradan şəxsiyyətlər az olmayıb. 20-ci əsrin belə görkəmli tarixi şəxsiyyətlərindən biri də Heydər Əliyevdir: "Heydər Əliyev deyirdi ki, elm və təhsilin sürətli inkişafı Azərbaycan xalqının 20-ci əsrdə ən böyük nailiyyətidir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu istiqamətlər sırasında elm sahəsinin xüsusi yeri var".

Akademiyanın prezidenti bildirib ki, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərib: "Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verirdi. Ulu öndərin elmə göstərdiyi həssas münasibət, alimlərimizə verdiyi mənəvi stimul onları yeni-yeni nailiyyətlərə ruhlandırıb. Heydər Əliyev öz fəaliyyətində elmi fikrin ən yeni nailiyyətlərindən faydalanıb. O, elmi məsələlərin həllində yüksək peşəkarlıq göstərirdi. Bunun ilk səbəbi onun özünün də elmi təfəkkürə sahib olması, intellektual potensiala arxalanması idi. Onun Azərbaycan elminə göstərdiyi diqqət də elə buradan qaynaqlanır".

2015-ci ildə AMEA-nın təsis olunmasının 70 ilinin tamam olduğunu xatırladan A.Əlizadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev bununla əlaqədar sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar Akademiyada çoxsaylı tədbirlər həyata keçirilir.

Akademiya prezidentinin sözlərinə görə, AMEA-nın inkişafının böyük mərhələsi Heydər Əliyevin adı ilə bağlıdır. Akademiyada Azərbaycan xalqının dilinin, milli-mənəvi dəyərlərinin araşdırılmasında, tarix, riyaziyyat, astronomiya və s. sahələrdə elmi araşdırmaların aparılmasında və nüfuzlu elmi məktəblərin yaradılmasında Heydər Əliyevin mühüm rolu olub.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycanın aqrar bir respublika olduğunu diqqətə çatdıran A.Əlizadə həmin dövrdə ölkəmizdə yeni mərhələnin başladığını bildirib. Onun sözlərinə görə, elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderin elm və texnologiya sahəsinin inkişafına xüsusi diqqəti nəticəsində 70-ci illərdə Azərbaycanda riyaziyyat elmi, kimya, neft emalı və neft-kimya sənayesi sürətlə inkişaf etdi, astronomiya, kosmik tədqiqatlar sahəsində də bir sıra mühüm nailiyyətlərə imza atıldı.

A.Əlizadə Heydər Əliyevin Azərbaycan alimlərinin kosmik sahəyə cəlb olunması üçün də böyük işlər gördüyünü söyləyib: "Heydər Əliyev elmdə kosmik sahəni yüksək qiymətləndirib və hələ SSRİ dövründə israrla Azərbaycan alimlərini bu sahəyə cəlb edirdi. Çox az adam bilir ki, alimlərimizin kosmik sənayedə iştirakı Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsi idi".

Heydər Əliyevin ana dilinin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirdiyini deyən Akademiya prezidentinin sözlərinə görə, Heydər Əliyev ana dilinin təbliğini azərbaycançılığın təməli sayırdı.

AMEA prezidenti ulu öndər Heydər Əliyevin milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasındakı rolu barədə də danışıb: "Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilib, hər il xaricə 800 tələbə yola salınıb. Xaricdə təhsil almaq indi asan görünür. Amma o zaman bu, çox çətin məsələ idi".

Heydər Əliyev Mərkəzində keçirilən seminarın daha geniş formatda təşkili məqsədi ilə AMEA-nın Gəncə və Naxçıvan bölmələri ilə videobağlantılar da yaradılıb. Videobağlantılar zamanı Gəncə və Naxçıvan sakinləri, elm adamları Heydər Əliyev Mərkəzində təşkil olunan mövzunun müzakirəsində iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev irsinin öyrənilməsi üzrə seminarlar Heydər Əliyev Mərkəzində mütəmadi olaraq təşkil edilir. Layihə çərçivəsində ölkənin tanınmış elm adamları ulu öndərin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur, çıxışlar ətrafında interaktiv müzakirələr aparılır.

İctimaiyyət üçün açıq olan bu seminarların gələcəkdə fərqli mövzularda və formatda davam etdirilməsi nəzərdə tutulub.

“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Loading Bars
Xəbər lenti
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər