...

Avropa Şurasında idmançılara viza verilməsi müzakirə ediləcək

Cəmiyyət Materials 6 Aprel 2015 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan nümayəndə heyəti Avropa Şurası İdman üzrə Genişləndirilmiş Hissəvi Saziş (EPAS) tərəfindən Belçikanın Brüssel şəhərində keçirilən beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı seminarda iştirak edəcək. Bu barədə Trend-ə nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, aprel 8-də baş tutacaq seminarda "Avropa Şurası Nazirlər Komitəsinin kişi və qadın idmançılara viza verilməsi ilə bağlı üzv dövlətlərə Tövsiyəsi N (99)10" və 2010-cu ildə Bakıda keçirilmiş Avropa Şurası İdman Nazirlərinin 18-ci qeyri-formal iclasında qəbul edilmiş "Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi ilə bağlı 2.1 saylı qətnamə" üzrə müzakirələr aparılacaq.

Onun sözlərinə görə, seminarın əsas məqsədi müxtəlif ölkələrin təcrübələri əsasında beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi barədə ən qabaqcıl təcrübələrin toplanacağı məlumat kitabçasının hazırlanmasıdır. Seminarda Azərbaycanın bu sahədə olan ən yaxşı təcrübələri barədə də məlumat verilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti