...

ATƏT: Azərbaycanın inkişafı kibertəhlükəsizliklə bağlı xəbərdarlıq ehtiyacını artırır

Cəmiyyət Materials 13 Aprel 2015 10:46 (UTC +04:00)
Azərbaycanda infrastrukuturun müasirləşməsi, eləcə də özəl və ictimai-sektorlarda informasiya texnologiyalarının tətbiqi ilə müşahidə olunan fəal iqtisadi inkişaf kibercinayətlər barədə xəbərdarlıq ehtiyacını da artırır.
ATƏT: Azərbaycanın inkişafı kibertəhlükəsizliklə bağlı xəbərdarlıq ehtiyacını artırır

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycanda infrastrukturun müasirləşməsi, eləcə də özəl və ictimai-sektorlarda informasiya texnologiyalarının tətbiqi ilə müşahidə olunan fəal iqtisadi inkişaf kibercinayətlər barədə xəbərdarlıq ehtiyacını da artırır.

Trend-in məlumatına görə, bunu ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski kibertəhlükəsizlik və milli təhlükəsizlik mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 3 milyon insan internetdən istifadə edir: "Bəzi insanlar internetdən biznes məqsədi ilə istifadə edir, kimi isə xidmətlərin ödənişi məqsədi ilə. Amma əksəriyyət ödənişlərin təhlükəsizliyi ilə bağlı narahatdır. Çox insan hələ də kiberhücumlardan ehtiyat edir".

Tədbir ATƏT-in Bakı ofisi və Azərbaycan XİN-in birgə təşəbbüsü ilə baş tutub. Konfransın məqsədi kibertəhlükəsizlik sahəsindəki problemlərin və bu sahədə qanunvericiliklə bağlı məsələlərin müzakirəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti