...

İtaliyadan Azərbaycana yeni təklif

Cəmiyyət Materials 17 Aprel 2015 15:23 (UTC +04:00)
İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi Azərbaycana öz ölkəsində yaradılan tibb sahəsi üzrə milli idarəetmə sistemi ilə bağlı layihələr təqdim edib.
İtaliyadan Azərbaycana yeni təklif

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi Azərbaycana öz ölkəsində yaradılan tibb sahəsi üzrə milli idarəetmə sistemi ilə bağlı layihələr təqdim etməyi təklif edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın iqtisadi inkişaf naziri F.Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söz açılıb.

Görüşdə F.Quidi İtaliyada tibb sahəsi üzrə milli idarəetmə sistemi yaradıldığını diqqətə çatdırmaqla, həmin sistemə aid bir sıra pilot layihələri təqdim edə biləcəklərini, bu pilot layihələrdən birinin də milli tikinti şirkətinin xəstəxana layihəsi olduğunu deyıb.

O.Şirəliyev İtaliya şirkətlərinin yaxşı layihələr təqdim edəcəkləri təqdirdə, onlarla birlikdə işləyə biləcəklərini vurğulayıb.

Nazir yüksək səviyyəli italiyalı mütəxəssislərin ölkəmizdə praktik və tədris fəaliyyəti göstərməsi ilə əlaqədar qarşılıqlı əməkdaşlığın yaradılmasında maraqlı olduğunu da açıqlayıb.

İtaliyanın səhiyyə sistemi ilə artıq bir neçə il əvvəl müəyyən qarşılıqlı əlaqələrin qurulduğunu vurğulayan səhiyyə naziri bu əlaqələrin daha da genişləndirilməsinin vaxtının çatdığını bildirib.

O.Şirəliyev İtaliyada fəaliyyət göstərən yaxşı mütəxəssislərin ölkəmizdə öz sahələri üzrə çalışmasından, eyni zamanda, Azərbaycanda kadrların hazırlanması, tədris işinə vaxt ayırmalarından, bu istiqamətdə yardım etmələrindən məmnun olacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti