Azərbaycan, Bakı, 1 iyun /Trend/
Ötən ay ölkəmizi XXI Beynəlxalq Praqa Kitab Sərgisində təmsil edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Sərginin Ən Fəal İştirakçılarından biri elan edilib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, Praqa Kitab Sərgisi rəhbərliyindən Mərkəzin elektron poçtuna daxil olan məktubda sərgidə ilk dəfə iştirak edən Azərbaycanın aktivlik göstəricisinin ABŞ, Böyük Britaniya, Rusiya, Misir, Fransa kimi ölkələrin göstəricilərindən fərqlənmədiyi bildirilir.