...

Azərbaycan Turizm Assosiasiyası: Aviabiletlərin, hotellərdə xidmət qiymətlərinin endirilməsi ölkəyə turist axınının artmasına səbəb olacaq

Cəmiyyət Materials 13 İyul 2015 18:52 (UTC +04:00)
Aviabiletlərin, eyni zamanda, hotellərdə xidmət qiymətlərinin endirilməsi ölkəyə gələn turistlərin axınının artmasına səbəb olacaq.
Azərbaycan Turizm Assosiasiyası: Aviabiletlərin, hotellərdə xidmət qiymətlərinin endirilməsi ölkəyə turist axınının artmasına səbəb olacaq

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Aviabiletlərin, eyni zamanda, hotellərdə xidmət qiymətlərinin endirilməsi ölkəyə gələn turistlərin axınının artmasına səbəb olacaq. Bu da öz növbəsində, ölkədə turizmin inkişafına töhfə verəcək. Bunu Trend-ə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov deyib.

N.Bağırov bildirib ki, bu gün Azərbaycanda bütün istiqamətlər üzrə aviabiletlərin qiymətlərinin endirilməsinə ehtiyac var.

Onun sözlərinə görə, Azərbaycana daha çox Rusiya, Türkiyə və Avropa ölkələrindən turistlər gəlirlər. Həmin ölkələrin, eləcə də Avropa ölkələrinin vətəndaşları isə daha ucuz aviabiletlərlə uçmağa öyrəşiblər.

N.Bağırov deyib ki, bu gün Azərbaycanda hotellərdəki xidmətlərin qiymətlərinin endirilməsi ilə yanaşı, "üç ulduzlu" hotellərin tikilməsi də məqsədəuyğundur: "Elə hotellər var ki, onlar xidmətlərini normal qiymətlə təqdim edirlər. Hotellərin qiymətləri göstərdiyi xidmətə uyğun deyil, daha yüksək olur. Bundan savayı, bir problemimiz də var. Ölkədə, xüsusilə də Bakı şəhərində "üç ulduzlu" hotellərin sayı azdır. Regionlarda da belə hotellərin sayı azdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti