...

TQDK: Bəzən abituriyentlər ixtisas seçimini mürəkkəb proses kimi qəbul edirlər

Cəmiyyət Materials 1 Avqust 2015 14:22 (UTC +04:00)
TQDK ali məktəblərə qəbul imtahanlarında iştirak edərək ixtisas seçimi müsabiqəsinə buraxılan abituriyentlərə müraciət edib.
TQDK: Bəzən abituriyentlər ixtisas seçimini mürəkkəb proses kimi qəbul edirlər

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarında iştirak edərək ixtisas seçimi müsabiqəsinə buraxılan abituriyentlərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, bəzən abituriyent və valideynlər ixtisas seçimini çətin və mürəkkəb bir proses kimi qəbul edirlər. Əslində isə bu, sadə bir prosesdir.

TQDK abituriyentlərə ixtisas seçimi zamanı diqqətli olmağı da tövsiyə edib: "Artıq seçdiyi ixtisas qrupu üzrə imtahan balları abituriyentlərə məlumdur. Bundan sonra müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi etmək və təsdiqləmək vəzifəsi durur. İxtisas seçimi edən zaman bəzi məsələlərə diqqət yetirmək, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim edilən məlumat və tövsiyələrlə tanış olmaq lazımdır".

TQDK ixtisas seçimi zamanın nələrin vacib olduğunu bilmək üçün abituriyentlərə http://eservices.tqdk.gov.az/2015/index100.html linkinə daxil olmağı da tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti