...

Pop sənətinin ikonası, dizayn muzası və film ulduzu: "Coca-Cola" butulkası 100 yaşını qeyd edir (FOTO)

Cəmiyyət Materials 7 Avqust 2015 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /Trend/

Bu il dünyaca tanınmış "Coca-Cola" şüşə qabı özünün 100 illiyini qeyd edir. Bir əsr boyu bu şüşə qablaşdırma gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Özünəməxsus kontur xətlərinə malik olan butulka qlobal ikonaya çevrilərək 100 il boyunca kinematoqrafiya, dizayn və incəsənət sahələrinin dəyərli nümunələrinin yaradılmasında ilham mənbəyi kimi çıxış edib.

Yeni qablaşdırmanın tətbiq edilməsi barədə qərar 1899-cu ildə qəbul olunub. Sadə dizayna malik "Coca-Cola" butulkasının geniş yayılması saxtakarlıq hallarını ilə müşayiət olunurdu. Beləliklə 1915-ci ildə "The Coca-Cola Bottling Company" hətta qaranlıqda sadə bir toxunuşla ayırd ediləcək və sındığı halda qırıntılarına görə tanınacaq fərqli dizayna malik şüşə qabın hazırlanması üçün müsabiqə elan etmişdir. Nəhayət, 16 noyabr tarixində hamımızın tanıdığı "Coca-Cola" şüşə qabı ABŞ-ın İndiana ştatında fəaliyyət göstərən "Root Glass" şirkəti tərəfindən yaradıldı. "Coca-Cola" butulkasının yeni dizaynı kakao bitkisinin toxumlarının forması və üzərindəki xətlərdən ilhamlanaraq yaradılıb. Şüşə qab 14,5 unsiyadan az olmayan çəkiyə malikdir və 6,5 unsiya miqdarında "Coca-Cola" içkisi doldurulduqda qabın ümumi çəkisi 1 funtdan (450 q) çox təşkil edir. 1918-ci ildə "The Coca-Cola Company" ilk dəfə olaraq yeni qablaşdırmaya həsr olunmuş milli reklam kampaniyası başladı. Daha sonra "Coca-Cola" butulkası Amerikanın milli simvoluna çevrilmiş və artıq 1949-cu ildə ABŞ əhalisinin 99%-i şüşə qabı sadəcə formasına görə tanıyırdı. Növbəti ildə "Coca-Cola" butulkası "Time" jurnalının üz qabığında dərc olunur., Coca-Cola adıçəkilən nəşrin üz qabığında yer almış ilk kommersiya məhsulu idi. 1951-ci ildə özəl formaya malik şüşə qab ticarət nişanı statusunu alır.

"Coca-Cola" butulkasının tanınması ilə şüşə qabın pop sənətindəki rolu durmadan artırdı. Ötən əsrin 20-ci illərinə xas dəb tendensiyalarına əsasən xalq arasında onu "ətəkli butulka" adlandırır və qadın formalarını xatırlatdığına görə dövrün tanınmış aktrisası Mey Uestin adı ilə çağırardılar. Kontur xətli "Coca-Cola" şüşəsi haqda yazılar yalnız ABŞ-da deyil, ölkə hüdudlarından kənarda da dəb, pop sənəti və incəsənətə həsr olunmuş müxtəlif nəşrlərdə daha çox dərc olunmağa başlandı. 6 şüşəlik kaset qablaşdırmanın buraxılması isə dünyada "Coca-Cola" istehlakı həcminin artmasına səbəb oldu.

1931-ci ildə şirkət "Coca-Cola"nın reklamını populyar jurnalların üz qabığında yerləşdirməyə başlayıb. "The Coca-Cola Company" ilə əməkdaşlıq edən "D'Arcy" reklam agentliyinin nümayəndəsi Arxi Li tarixi, həmçinin uydurulmuş personaj sayılan Santa Klausun təsvir edilməsini təklif etmişdir. Beləliklə, "Coca-Cola" Santa geyimində olan insanın deyil, Santa Klausun özünün təsvirinin yer aldığı reklam təsvirlərinin hazırlanmasını Miçiqandan olan illüstrator Heddon Sandbloma həvalə etmişdir. Sandblomun başlıca ilham mənbəyi 1822-ci ildə Klement Klark Mur tərəfindən yazılmış "Müqəddəs Nikolayın ziyarəti" adlı poema olub. Mur öz əsərində Müqəddəs Nikolayı səmimi, dostcasına, nəcib bir insan olan Santa kimi təsvir edir (Santa adətən qırmızı paltoda olurdu ki, bu da başlıca rəngi qırmızı olan "Coca-Cola" üçün simvolikdir). Sandblomun müəllifi olduğu Santa təsviri ilk dəfə 1931-ci ildə "The Saturday Evening Post" jurnalının üz qabığında dərc olunub. Eyni zamanda Santanın təsvirini "Ladies Home Journal", "National Geographic" və "The New Yorker" kimi jurnallarda da görmək olardı.

1931-ci ildən 1964-cü ilədək "Coca-Cola"nın reklamlarında Santa Klaus hədiyyə bağışlayan, uşaqların məktublarını oxuyan və "Coca-Cola" içən formalarda təsvir olunub. Santanın əks olunduğu və "Coca-Cola"ya uyğunlaşdırılmış yağlı boya ilə çəkilmiş orijinal rəsmlər jurnalların üz qabığında, mağaza vitrinlərində, reklam lövhələrində, plakatlarda, yumşaq oyuncaqlarda və təqvimlərin üzərində yer alıb. Bütün bunlar hazırda nadir əşya kimi qiymətləndirilir və kolleksiyaçılar arasında geniş şöhrət qazanıb.

1964-cü ildə Sandblom Santa Klausun təsvirinin yekun nümunəsini yaradıb ki, məhz bu təsvir onilliklər ərzində, hətta günümüzdə də "Coca-Cola"nın reklam şəkillərinin əsasını təşkil edir.

Qeyd etmək lazımdır ki, illər ərzində xalq arasında və peşəkar dairələrdə "Coca-Cola" şüşə qabı müxtəlif adlar alıb, həmçinin fərqli formalarda istifadə edilib. Məsələn, blüz janrının nümayəndələri slayd gitara ifası zamanı şüşə qabın boğaz hissəsindən istifadə edərdilər. Qabarıq linzalara malik eynəkləri isə "Coca-Cola" butulkası adlandırırdılar.

130-dan çox ölkədə həyata keçirilən kampaniya vasitəsilə dünyada hər kəsi buz kimi soyuq "Coca-Cola"nın özəl ildönümü sevincini paylaşmağa dəvət edirik", - deyə "The Coca-Cola Company" şirkətinin marketinq üzrə vitse-prezidenti Markos de Quinto bildirib. Kampaniya çərçivəsində yeni reklamlar, himnin təqdimatı, o cümlədən Endi Uorhol, Norman Rokvel, Piter Bleyk kimi dünyaca tanınmış rəssamların əsərlərinin sərgisi təşkil olunur.

Qeyd olunan kampaniya çərçivəsində çoxsaylı layihələr icra olunur. Atlantadakı "High" incəsənət muzeyi "Coca-Cola" ilə birgə dörd hissədən ibarət ""Coca-Cola" şüşə qabı: Amerikanın 100 yaşlı ikonası" adlı sərgi keçirir. Sərginin məqsədi şüşə qabın son 100 il ərzində biznes, dizayn və incəsənət dünyasındakı özəl yerini qeyd etməkdir. Kontur xətli butulkadan ilhamlanan 100-dən artıq orijinal rəsm və fotoşəkillərlə yanaşı ilk dəfə olaraq sərgidə Endi Uorholun "Coca-Cola" butulkasının 2 orijinal rəsmi təqdim olunub. Fevralın 28-də işə başlayan və oktyabrın 4-dək davam edəcək sərgidə, həmçinin butulkaların orijinal prototipləri və eskizləri nümayiş olunur.

"Coca-Cola" butulkasının incəsənət turu: Pop sənətini 100 il ilhamlandıraraq" adlı səyyar sərgi hər kəsi tarixi faktlar, "Coca-Cola" butulkası mövzulu incəsənət nümunələri, butulkanın incəsənət dünyasındakı rolu ilə yaxından tanış edəcək. Cari il ərzində sərgi 15-dən çox ölkəyə səfər edəcək.

Kampaniya çərçivəsində kanadalı ifaçı və bəstəkar Françesko Yets tərəfindən əfsanəvi butulkaya həsr olunmuş "Nobody like you" adlı himn təqdim olunub. "Nobody Like You" mahnısı artıq internet istifadəçilərinə təqdim olunub və il ərzində radioda, həmçinin "Coca-Cola"nın reklamlarında səslənəcək.

"Coca-Cola" sevən dünya şöhrətli pop-ulduzları və Merlin Monro, Elvis Presli, Rey Çarlzın adları isə "Öpülənlər" ("Kissed By") adlı yeni qlobal kampaniyada yer alıb. Adıçəkilən məşhurların "Coca-Cola" butulkası tərəfindən "öpülməsi" şəkillərdə əks olunub. Qeyd edək ki, il ərzində dövrümüzün görkəmli şəxsləri və musiqiçiləri də kampaniyaya cəlb olunacaq.

Fransız nəşriyyat evi "Assouline" ilə birgə "Coca-Cola" şirkəti 100 illiyi qeyd olunan butulkanın zəngin tarixinin parlaq məqamlarını təcəssüm etdirən və məhdud sayda olan "Keçmişi öpüşlə salamlayın" ("Kiss the Past Hello") kitabı artıq may ayında təqdim edilib.

İstehlakçılara öz zəngin irsini ötürmək üçün "Coca-Cola" şirkəti "Story of the Coca-Cola Bottle App" adlı tətbiqi təqdim edib. Mobil tətbiq pulsuz olaraq "Apple" və "Android" platformalarında istifadə oluna bilər. Bununla yanaşı, "Coca-Cola" şüşə qabının irsi 14 müxtəlif televiziya və internet filmi vasitəsilə il ərzində müxtəlif ölkələrdə təqdim edilməkdədir.

Qeyd edək ki, "Coca-Cola" şüşə qabının 100 illiyinə həsr olunmuş qlobal kampaniya Azərbaycanda da həyata keçirilir. Sözügedən kampaniya bir neçə istiqamətdə reallaşdırılır ki, bunların sırasında televiziya reklam çarxları, küçə reklamı, satış nöqtələrində müxtəlif aksiyalar və s. var.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti