...

TQDK nəticələri açıqladı

Cəmiyyət Materials 4 Sentyabr 2015 13:34 (UTC +04:00)
2015/2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri məlum olub.
TQDK nəticələri açıqladı

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Elmir Murad/

2015/2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri məlum olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Boş qalan 1065 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib. Onlardan 904 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olanlar sentyabrın 7-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini ( tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz kollecdən əldə etməlisiniz) daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti