...

Şəkidə baş vermiş zəlzələdə evləri dağılanlara şad xəbər

Cəmiyyət Materials 20 Oktyabr 2015 13:38 (UTC +04:00)
Şəkidə zəlzələ zamanı evləri dağılanlar üçün yeni evlərin tikintisinə başlanılıb.
Şəkidə baş vermiş zəlzələdə evləri dağılanlara şad xəbər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elmir Murad/

Şəkidə zəlzələ zamanı evləri dağılanlar üçün yeni evlərin tikintisinə başlanılıb. Bunu Trend-ə açıqlamasında Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı Taleh Alxazov deyib.

T.Alxazov qeyd edib ki, tikinti işlərinin tez başa çatması üçün bütün aidiyyatı qurumlar səfərbər olunub: "İşlər əvvəlcədən hazırlanmış layihəyə uyğun aparılır. 20 evin fundameti qazılıb. Havalar soyuyur və qarşıdan qış gəlir. Yağış yağanda tikinti aparılan ərazilərdə palçıq və gölməçələr əmələ gəlir. Bu da işlərin gedişinə müəyyən maneələr yaradır. Ona görə evlərin tikintisini maksimum tez bitirməyə çalışırıq".

Zəlzələ zamanı dağılan evlərin çox olmasını ərazinin episentrə yaxın olması ilə əlaqələndirən baş memar sakinlərin hazırda çadırlarda məskunlaşdırıldığını vurğulayıb: "Bollu Dərə və Qara Torpaq kəndlərində daha çox evlər ziyan görüb. Həmin kəndlər episentrə yaxındır. Bu kəndlərdə evlər köhnə üsulla tikildiyindən daha çox dağıntı qeydə alınıb".

Qeyd edək ki, sentyabrın 4-də baş vermiş zəlzələdə Şəki şəhərində dağıntılar olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti