...

Kanadada Firəngiz Əlizadənin “Oyan!” adlı konserti təşkil olunub (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2015 01:10 (UTC +04:00)
Cari ilin 24-25 oktyabr tarixində Kanadanın Toronto şəhərində Azərbaycanın xalq artisti, dünya şöhrətli bəstəkarımız, görkəmli pianoçu Firəngiz Əlizadənin “Oyan!” adlı konserti təşkil olunmuşdur.
Kanadada Firəngiz Əlizadənin “Oyan!” adlı konserti təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Cari ilin 24-25 oktyabr tarixində Kanadanın Toronto şəhərində Azərbaycanın xalq artisti, dünya şöhrətli bəstəkarımız, görkəmli pianoçu Firəngiz Əlizadənin "Oyan!" adlı konserti təşkil olunmuşdur.

Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, sözügedən konsert Toronto şəhərində fəaliyyət göstərən "Saşar Zərif Rəqs Teaterı"nın rəhbəri, əslən İrandan olan soydaşımız Saşar Zərifin, Ağaxan Muzeyinin və Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin dəstəyi ilə təşkil edilmişdir.

Konsertin əvvəlində F.Əli-zadə pianoda solo ifa etdikdən sonra, gənc muğam ustası Mirələm Mirələmov, "Bakı 2015" Avropa Oyunlarının bağlanış mərasimində çıxış etmiş kamança ustası Elnur Mikayılov və Saşar Zərifin iştirakı ilə F.Əli-zadənin bəstələdiyi əsər səhnələşdirilmişdir. Əsərdə Saşar Zərif Azərbaycan musiqisinin sədaları altında Azərbaycan rəqslərini nümayiş etdirmişdir. Həmçinin konsert zamanı "Oyan!" əsərinin yaranması haqqında qısa sənədli film nümayiş etdirlimişdir. Tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyət və muğam ənənələrini Kanadada təbliğ etməkdən ibarət olmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin konsulu Faiq Babayev də iştirak etmişdir. O, Səfirliyin adından Firəngiz Əli-zadəyə xüsusi minnətdarlığını ifadə etdikdən sonra ona Təşəkkür Diplomunu təqdim etmişdir.

Konsertdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar və KİV nümayəndələri iştirak etmişlər. İki gün davam edən konserti ümumilikdə 200 nəfərə yaxın tamaşaçı izləmişdir.

Xəbər lenti

Xəbər lenti