...

Qadını 15 bıçaq zərbəsi ilə öldürən şəxs 19 il cəza aldı

Cəmiyyət Materials 29 Yanvar 2016 16:47 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilərək həbs olunan Əmri Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadını 15 bıçaq zərbəsi ilə öldürən şəxs 19 il cəza aldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilərək həbs olunan Əmri Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Süleymanov 19 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il fevralın 14-də Bakının Buzovna qəsəbəsində dəniz kənarında Oğuz rayonunda qeydiyyatda olan, 1968-ci il təvəllüdlü Xatirə Saməddin qızı Rzayevanın meyiti tapılıb. Meyitin üzərində 15 bıçaq zərbəsi aşkarlanıb. Qətlə yetirilən qadının "Mercedes" markalı avtomobili isə Şağan qəsəbəsi ərazisində tapılıb.

İstintaqla müəyyən olunub ki, Xatirə Rzayeva yüngül həyat tərzi keçirirmiş. Əməliyyat-istintaq qrupu cinayəti törədən Ə.Süleymanovun kimliyini müəyyənləşdirənə qədər o, ölkədən qaçmağa müvəffəq olub. Ə.Süleymanov qətli törətdikdən sonra Azərbaycandan qaçıb, ayın 17-də isə Moskvada qatardan düşərkən saxlanılıb.

Xatırladaq ki, Ə.Süleymanov ailəlidir və övladları var. O, hadisədən bir müddət əvvəl ailəsindən ayrılaraq X.Rzayeva ilə yaşayırmış. X.Rzayeva öz borclarını ödəmək üçün Ə.Süleymanovu avtomobilini satmağı məcbur edib. Tərəflər arasında mübahisə baş verib və Ə.Süleymanov qadını 15 bıçaq zərbəsi ilə öldürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti