...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 1 Fevral 2016 13:28 (UTC +04:00)
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Bu səbəbdəndir ki, NATO qüvvələrinin fəaliyyətsizliyi nəticəsində Rusiya Krımı ilhaq etdi, Ukraynanın şərqində Donesk və Luqansk Xalq Respublikaları yaratmaqla bu ölkənin bütövlüyünü sual altına qoydu. ABŞ və NATO-nun loyallığı və fəaliyyətsizliyi Rusiyaya imkan verdi ki, Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək üçün Suriya kartından istifadə etsin və bu regionda hərbi kontingentini daha da gücləndirsin.

Bu səbəbdən də Əli Həsənov yazır: "Rusiya, ABŞ, NATO və AB-nin Cənubi Qafqazda və Xəzər-Qara dəniz hövzəsində reallaşdırdığı hazırkı hərbi-geostrateji və təhlükəsizlik siyasətini bu ölkələrin rəsmi və qeyri-rəsmi dairələri, ayrı-ayrı mütəxəssisləri və s. kimi, region ölkələrinin rəsmi və ictimai dairələri, ümumi əhalisi və ictimaiyyəti də birmənalı qiymətləndirmir. Məsələn, hazırda Qərb üçlüyünün Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsində yürütdüyü hərbi-geostrateji kurs və təhlükəsizlik siyasəti postsovet ölkələrindən yalnız Gürcüstan və Ukrayna, Rusiyanın yürütdüyü siyasət isə yalnız Ermənistan tərəfindən birmənalı şəkildə qəbul olunur və dəstəklənir". (Bax. s. 793)

Beləliklə, Rusiyanın və ABŞ, NATO və AB-nin Cənubi Qafqazda və Xəzər-Qara dəniz hövzəsində geosiyasi, geoiqtisadi və hərbi-geostrateji münasibətlərində hansı nəticələrə gətirib çıxartdı:

1. ABŞ və Avropa İttifaqının Rusiyanın mümkün siyasi və iqtisadi təcridetmə ilə bağlı əvvəl təhdid etməsi, sonra isə fəaliyyətinə tətbiq etməsi nəinki geosiyasi müstəvidə qüvvələr nisbətini, eləcə də regionda ticarət-iqtisadi vəziyyəti dəyişdirdi.

2. Ukrayna böhranı nəticəsində Rusiya ilə Qərbin qarşılıqlı münasibətlərində yeni mərhələ başlandı. Bunun ardınca Rusiya-Türkiyə münaisbətlərinin kəskinləşməsi "soyuq müharibə"nin yenidən qızışması müstəvizində müşahidə olundu. Buna heç "soyuq müharibə" də demək olmaz, çünki Yaxın Şərqdə faktiki olaraq üç tərəf arasında müharibə aparılır. Bunlardan biri Rusiya və İran, digəri ABŞ və NATO qüvvələri, üçüncüsü isə İŞİD terrorçularıdır. Biz hələ kürd silahlı dəstələrini və Azad Suriya Ordusunu bura daxil etmirik, çünki sonuncu iki qüvvə bu və ya digər şəkildə tərəflərdən birini dəstəkləyir;

3. Rusiyanın iqtisadi cəhətdən tənəzzülə doğru getməsi artıq heç kimdə təəccüb doğurmur. Belə ki, Rusiyanın ən böyük qaz layihələrindən olan "Cənub axını" deyəsən elə layihə də olaraq qalacaq, çünki bu layihələrin taleyi Qərbin Rusiya ilə geosiyasi münasibətlərindən asılı olacaq;

4. bütün bunların fonunda Rusiya daha da aqressivləşməsi və informasiya müharibəsinin aparılmasına rəvac verdi;

5. Region müharibə ərəfəsindədir və bunu çox gözləmək lazım gəlməyəcək, ya Rusiya geri çəkilməli olacaq, ya da siyasi-iqtisadi tənəzzülünü hərbi-geostrateji vəziyyətlə ört-basdır edəcək, bununla da ölkə içində ictimai rəyi yalançı vətənpərvər ruhunda kökləməklə bu geriləməni ört-basdır edəcək;

***

Təbiidir ki, burada Azərbaycanın regionda, yəni Cənubi Qafqazda, Xəzər-Qara dəniz hövzəsində, həmçinin dünyada baş verən hadisələrə münasibətdə yürütdüyü siyasətdən bəhs etmədən mövzumuz dolğun olmazdı, çünkü dövlətimiz dünyanın bir hissəsi olduğundan və dünyada baş verən hadisələr bu və ya digər şəkildə Azərbaycana təsir etdiyindən, o cümlədən onun geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqlarına toxunduğundan məsələnin nə qədər aktual olduğunu isbat etməyə ehtiyac qalmır.

Müstəqilliyimiz bərpa olunduqdan və Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra regionda təhlükəsizlik sistemi yaratmaq və beynəlxalq aləmlə sıx əməkdaşlıq etmək üçün bir sıra mühüm addımlar atdı. Bu Azərbaycanın geosiyasi maraqlarının təmin edilməsində ilk gərəkli addımlar idi.

Hörmətli professor bunu əsaslandıraraq yazır ki, həmin dövrdə Azərbaycanın beynəlxalq və regional təhlükəsizlik siyasətinin formalaşdırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ölkənin milli, hərbi, ərazi və geosiyasi təhlükəsizliyinin təmin edilməsi, ilk növbədə, Rusiyadan, onun rəhbərliyi altında fəaliyyət göstərən Müstəqil Dövlətlər Birliyi (MDB) ilə qarşılıqlı əlaqələrdən keçirdi. (Fikrimizcə bu düzgün fikirlərdir, çünki Azərbaycanın milli təhlükəsizlik sistemi, beynəlxalq aləmdə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji maraqları o qədər zəif və müdafiəsiz idi ki, hətta Ermənistan tərəfi Dağlıq Qarabağdan kənarda o dövrdə ardıcıl olaraq daha yeddi rayonumuzu (Qubadlı, Laçın, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam) qısa müddətdə işğal etdi).

Odur ki,
- postsovet regionunda yaşanan iqtisadi, siyasi, hərbi, təhlükəsizlik və s. problemlərin içində olmaq;
- keşmişdə Azərbaycanla bir məkanda və sistemdə yaşamış ölkələrlə yaranmış gərgin dövlətlərarası münasibətləri yumşaltmaq və tərəfdaşlıq əlaqələri qurmaq;
- Rusiyanın Ermənistana intensiv hərbi-texniki yardımını dayandırmaq və Cənubi Qafqaz ölkələrinin hərbi təhlükəsizlik məsələlərinə yanaşmasında müəyyən tarazlığa nail olmaq;
- MDB və Cənubi Qafqazdakı hərbi geostrateji münasibətlərdə Azərbaycanın xeyrinə olmayan mənfi prosesləri aradan qaldırmaq;
- Milli Ordu quruculuğu, hərbi-texniki inkişaf və s. sahəsində Rusiya və digər postsovet ölkələrinin imkanlarından bəhrələnmək məqsədilə 1993-cü ilin sentyabrında Prezident Heydər Əliyev MDB-yə və Rusiyanın yaratdığı regional təhlükəsizlik sisteminə- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmaq haqqında qərar qəbul etdi.

Lakin sonralar, yəni Azərbaycanın KTMT-yə üzv olduğu illərdə aydın oldu ki, Rusiyanın bu təhlükəsizlik qurumunu yaratmaqda məqsədi heç də bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıq etmək deyil, əksinə MDB-yə və KTMT-yə üzv olan ölkələrin

- xarici aləmlə təhlükəsizlik sahəsində bütün əlaqələrə nəzarət etmək;
- MDB üzvlərinin daxili və xarici siyasətini təsir altında saxlamaq;
- müstəqil dövlət hüquqlarına, mənafelərinə müdaxilə etmək;
- postsovet məkanında mövcud olmuş dövlətlərin, onlara qonşu olan ölkələrin geosiyasi maraqlarını nəzərə almadan bütövlükdə regionda hegemonluq, eyni zamanda onlara Rusiya maraqlarını diqtə etməkdən və s. ibarətdir.

Hələ bu azmış kimi sözdə özünü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində "tərəfsiz" elan etsə də, faktiki olaraq Rusiya dövləti işğalçı dövləti silahlandırmaqda davam edirdi. Azərbaycanın tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o dövrdə yürüdülən regional təhlükəsizlik siyasəti Azərbaycanın geosiyasi, geoiqtisadi, hərbi-geostrateji maraqlarına cavab vermədiyi üçün Heydər Əliyev KTMT-dən çıxmaq haqqında qərar qəbul etdi.

Əslində 1998-ci ildən sonra Azərbaycan bu qurumun iclaslarında istirak etmirdi. Formal olaraq 2 aprel, 1999-cu ildə) Düzdür üzvlükdən çıxmaq təhdidlər və təzyiqlərlə müşayiət olunsa da dövlət başçısı fikrindən dönmədi və əvvəlki illərdə olduğu kimi dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müstəqil xarici və təhlükəsizlik siyasəti kursunu davam etdirərək, ölkənin beynəlxalq, regional və milli təhlükəsizliyinin, Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin geri qaytarılmasının alternativ yollarını və vasitələrini axtarmağa məcbur oldu.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti