...

FIG İcraiyyə Komitəsinin üzvü: Azərbaycanın idman gimnastikasında böyük potensialı var (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2016 18:30 (UTC +04:00)
Azərbaycanda Olimpiya Oyunları üçün gimnastika üzrə təsnifat xarakterli Dünya kuboklarının keçirilməsi üçün hər cür şərait yaradılıb.
FIG İcraiyyə Komitəsinin üzvü: Azərbaycanın idman gimnastikasında böyük potensialı var (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda Olimpiya Oyunları üçün gimnastika üzrə təsnifat xarakterli Dünya kuboklarının keçirilməsi üçün hər cür şərait yaradılıb. Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin üzvü, Yaponiya Gimnastika Assosiasiyasının baş katibi Morinare Vatanabe deyib.

O bildirib: "Bakıya ikinci gəlişimdir. Ötən dəfə burada bədii gimnastika üzrə dünya çempionatında olmuşam. İdmançılar üçün çox gözəl şərait yaradılıb. Ümid edirəm ki, Bakı gələcəkdə Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq idman gimnastikası üzrə yarışlara ev sahibliyi edə biləcək. Bunun üçün burada hər cür şərait yaradılıb".

M. Vatanabenin sözlərinə görə, Azərbaycanda gimnastika yüksək səviyyədədir: "Azərbaycanda idman gimnastikası çox sürətlə inkişaf edir. Bədii gimnastikaya gəlincə, o artıq ən yüksək səviyyədədir. Azərbaycanın idman gimnastikasında böyük potensialı var və fikrimcə, 2020-ci il Olimpiya Oyunlarında idmançılarınız medallara iddialı olacaqlar. Riodakı Olimpiadaya gəlincə isə, burada medallar uğrunda mübarizə aparmaq çətin olacaq. Fikrimcə, hələ işləmək lazım olacaq".

O, ötən gün yaponiyalı Kenzo Şirainin nümayiş etdirdiyi yeni elementi şərh edərək deyib ki, K. Şirai daim öz üzərində işləyir: "Hesab edirəm ki, gimnastlar inkişaf etmək üçün çıxışlarında hər hansı yeni elementləri daim tətbiq etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti