...

Suya görə cərimələri terminallarda ödəmək olar

Cəmiyyət Materials 24 Fevral 2016 16:56
"Azərsu" ASC-nin cərimələrini MilliÖN ödəniş terminallarında ödəmək artıq mümkündür.
Suya görə cərimələri terminallarda ödəmək olar

Trend-i buradan izləyin

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azərsu" ASC-nin cərimələrini MilliÖN ödəniş terminallarında ödəmək artıq mümkündür. Bunu Trend-ə "Komtec" şirkətindən deyiblər.

Cərimələr su sayğaclarının işinə qanunsuz müdaxiləyə görə tətbiq edilir. Belə olan halda ekspertiza aparılır və sayğaca qanunsuz müdaxilə faktı aşkar edilərsə, nəzarətçi tərəfindən akt tərtib edilir və abonent yeni sayğacın quraşdırılması haqqını ödəməlidir.

MilliÖN terminallarında cərimələri "Kommunal xidmətlər" bölümündə ödəmək olar. Cəriməni ödəyərkən abonent kodunu və aktın nömrəsini göstərmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti