...

PR-menecerlər arasında "Nə? Harada? Nə vaxt?" oyunu keçirildi (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 16:21 (UTC +04:00)
17 mart 2016-cı il tarixində “Excelsior Hotel & Spa Baku” hotelində populyar “Nə? Harada? Nə vaxt?” intellektual oyununda PR-menecerlərdən ibarət komandalar yarışdılar.
PR-menecerlər arasında "Nə? Harada? Nə vaxt?" oyunu keçirildi (FOTO)

Bakı. Trend:

17 mart 2016-cı il tarixində "Excelsior Hotel & Spa Baku" hotelində populyar "Nə? Harada? Nə vaxt?" intellektual oyununda PR-menecerlərdən ibarət komandalar yarışdılar.

Oyunda "AtaHoldinq" ASC, "Veysəloğlu Holdinq", "AtaBank" ASC, Mədəniyyət və Turizm Nazirliyi, Paşa Həyat Sığorta, Gazelli Qrup, Bakcell, Caspian Development Bank, Excelsior Hotel Baku və digər şirkətlərin PR üzrə nümayəndələri iştirak edirdilər.

İntellektual yarışma "Excelsior Hotel & Spa Baku" hotelinin və "Game TV"-nin təşkilati dəstəyi ilə keçirildi. PR-menecerlər oyunda müxtəlif mövzularda olan sualları cavablandıraraq öz bilik səviyyələrini və dünyagörüşlərini nümayiş etdirdilər.

Tədbirin keçirilməsində məqsəd PR-menecerlərin bir-birini daha yaxşı başa düşməsi, sualları kollektiv cavablandırması, birgə qərar vermək bacarığını inkişaf etdirmək və onların peşə fəaliyyətində komanda ruhunun möhkəmlənməsidir.

Qaliblərə "Game TV"-nin rəhbəriyi adından sertifikatlar və müxtəlif hədiyyələr təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti